Xəbər lenti

Oyan Nəzərianidən İtaliyada bürünc medal
İdman20:12 04.09.2021

Oyan Nəzərianidən İtaliyada bürünc medal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın paytaxtı Romada çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsi keçirilib.
Qaynarinfo xəbər verir ki, qrup mərhələsini uğurla keçən Oyan Nəzəriani (+90 kq) yarımfinalda İran güləşçisi Soheyl Qolipurqudarziyə minimal fərqlə uduzub. Daha sonra rumıniyalı Vasile Karasa 3:0 hesabıyla qalib gələn Oyan turnirin bürünc medalına sahib çıxıb.
Mahal Novruzov (70 kq) və İbrahim Yusubov (90 kq) medal qazana bilməsələr də, reytinq xalları yığıblar.
Bu yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyevin ədaləti qoruduğunu da xatırladaq.
Dünya Seriyasının 3-cü mərhələsi Yunanıstanda (10-11 sentyabr), sonuncu - final mərhələsi isə 
Rumıniyada (25-26 sentyabr) keçiriləcək.
Səbuhi Həsənov