Xəbər lenti

Şoyqunun icazəsi olmadan müharibə zonasına getmək deputatlara qadağan edildi
Dünya10:32 27.07.2023

Şoyqunun icazəsi olmadan müharibə zonasına getmək deputatlara qadağan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Dumasının deputatlarına müdafiə naziri Sergey Şoyqu və ya Baş Qərargah rəisi Valeri Gerasimovun razılığı olmadan Ukraynada "xüsusi əməliyyat zonası”ndakı hərbi hissələrə və bölmələrə baş çəkmək qadağan edilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə RBC parlamentin aşağı palatasındakı mənbələrə istinadən yazıb. 
Bu tələb deputatların diqqətinə Müdafiə Nazirliyinin rəhbərinin Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə ünvanlanmış, keçən həftə qəbul edilmiş və "tövsiyə xarakteri daşıyan” məktubundan sonra çatdırılıb.
Parlamentarilərin səfərlərini Dövlət Dumasının rəhbərliyi əlaqələndirəcək. Nəşrin həmsöhbətlərindən biri bildirib ki, deputatlara hərbi hissələrə gəlmək və orada hərbçilərlə görüşmək qadağan edilib, lakin onlar yeni bölgələrə səfər edə və neytral ərazidə onlarla görüşərək hərbi qulluqçulara yardım çatdıra biləcəklər.
RBC mənbələrinə görə, belə bir tədbirin səbəblərindən biri hərbçilərin "cəbhə bölgəsindəki pr-dən razı qalmaması" ola bilər, çünki onlar "daim şəkil çəkdirirlər, şou göstərirlər", hətta bəzən tankların və silahların yanında.
Sənəddə həmçinin tövsiyə olunur ki, lazım gəldikdə deputatların hərbi təyyarələrlə uçuşu yalnız Volodinin və ya onun birinci müavinlərinin xahişi ilə həyata keçirilsin, - qəzet qeyd edir.
Qeyd edək ki, iyulun 22-də Dövlət Dumasının deputatı Aleksandr Boroday Ukraynada hərbi əməliyyatlar zonasında atəşə tutulub.
Alpər