Xəbər lenti

Şoyqunun Suriya səfəri: Gündəmdə Türkiyə ilə münasibətlərdir? (ŞƏRH)
Dünya 17:25 17.09.2024

Şoyqunun Suriya səfəri: Gündəmdə Türkiyə ilə münasibətlərdir? (ŞƏRH)

"Sergey Şoyqunun səfəri fonunda Suriyada gedən proseslər və Türkiyənin apardığı antiterror əməliyyatları ilə bağlı müzakirələrin aparıldığı istisna deyil”. 

Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Vüqar Zifəroğlu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Suriya səfərini şərh edərkən deyib: 

"Son zamanlar Suriya və İraqda kifayət qədər aktivlik nümayiş olunur. Eyni zamanda, son zamanların əsas gündəmi Türkiyə ilə Suriya rəhbərlərinin Bağdadda keçirilməsi nəzərdə tutulan görüşü idi. Bu görüş üçün vasitəçiliyi də Rusiyanın etdiyi bildirilirdi. Amma sonrakı mərhələdə bu görüş baş tutmadı. Yenə də müəyyən şərtlər irəli sürüldü, nəticədə görüş alınmadı. Mümkündür ki, Rusiya Təhlükəsizlik Şurası katibi Şoyqunun bu səfəri zamanı hansısa bir şəkildə Suriyada gedən proseslər və Türkiyənin apardığı antiterror əməliyyatları ilə bağlı da bir sıra müzakirələr aparılıb. Həmçinin, səfər edən Rusiya rəsmisinin Türkiyənin həyata keçirdiyi bəzi antiterror əməliyyatlarına Suriyanın bu və ya başqa dərəcədə daha loyal yanaşmasını istəməsi də mümkün variantlardandır. Hazırda bu əməliyyatlar aktiv şəkildə həyata keçirilir. Türkiyə bu əməliyyatlarda şəhid də verir. Görünür, həmin məsələ ilə bağlı Dəməşqin bu və ya başqa dərəcədə nə kimi adekvat addımlar ata biləcəyi məsələlər də müzakirə oluna bilər”.   
 


Həmsöhbətimizə görə, böyük ehtimalla hərbi nöqteyi-nəzərdən Suriya ilə Rusiyanın forsmajor vəziyyətdə kordinal şəkildə hansı addımların atıla biləcəyi də danışıqların predmeti olub:

"Habelə, hərbi-ticari əlaqələr ətrafında danışıqlar aparılmasını da istisna etmək olmaz”. 

Qeyd edək ki, Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Suriyada səfərdədir. Onun burada Suriya prezidenti Bəşər Əsədlə danışıqlar apardığı bildirilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->