Xəbər lenti

Pablo Neruda qətlə yetirilib?
Dünya10:35 21.10.2017

Pablo Neruda qətlə yetirilib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya şöhrətli çilili şair Pablo Neruda barədə maraqlı iddia irəli sürülüb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Tibbi-ekspertiza mütəxəssisləri şairin ölümünə səbəbin xərçəng xəstəliyi olmaya biləcəyini deyib. 

1973-cü ildə hərbi çevrilişdən 2 həftə sonra ölən Nerudanın ölüm səbəbi kimi prostat xərçəngi göstərilib. Ancaq şairin sürücüsü Manuel Araya çevrilişi həyata keçirən general Auqusto Pinoçetin adamları tərəfindən zəhərlənərək öldürüldüyünü iddia etmiş, buna görə də Pablonun məzarı 2013-cü ildə açılmışdı. İlkin analizlərdə Nerudanın qalıqlarında zəhərli maddəyə rast gəlinməmişdi.

16 mütəxəssisdən ibarət heyət araşdırmalar zamanı qeyri-xərçəng hüceyrəsi olan bakteriya tapdıqlarını və ölüm səbəbi kimi digər ehtimalın dəyərləndirildiyini deyib. İspan tibbi-ekspertiza mütəxəssisi Aurelio Luna məsələ ilə bağlı açıqlama verərək bildirib ki, ölüm səbəbi kimi göstərilən xərçəng xəstəliyi həqiqəti əks etdirmir və tapılan bakteriyanın bioloji silah məqsədilə laboratoriya mühitində dəyişdirilib-dəyişdirilmədiyi məsələsi araşdırılır.

Gülşən

Qaynarinfo.Az