
22 yaşlı gənc əsəri spreylə boyayıb.
Dünyanın ən böyük rəssamlarından biri olan Pablo Pikassonun tablosuna ziyan vuran şəxs həbsə məhkum edilib. Anspress-in dünya mətbuatına istinadən verdiyi məlumata görə, ABş-ın Texas ştatında saxlanılan şəxs tabloya spreyli boya ilə ziyan vurduğunu etiraf edib.
Pikassonun Hyustondakı sənət qalereyasındakı əsəri olan "Qırmızı oturacaqdakı qadın" tablosuna ötən il hücum olmuşdu. Uirel Landerson adlı şəxs tabloya boya ilə ziyan vurduqdan sonra Meksikaya qaçmağa cəhd etsə də, sərhəddə saxlanılmışdı.
Hadisənin şahidi bu prosesi videoya alaraq "YouTube"də paylaşıb. İttiham edilən şəxs tablonun üzərində buğa çəkli çəkmiş və "sülh" mənasına gələn ”conquista” yazmışdı.
Qaynar.info

