Pakistan Hindistanla diplomatik əlaqələri azaltmağı qərara alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Pakistan hökumətinin rəsmi tvitter hesabında məlumat verilib. Xüsusilə iki ticarət əlaqələrinin tamamilə dayandırılıb, bir sıra sazişlərin yenidən nəzərdən keçirildiyi qeyd olunub.
İslamabadın bu addımı Yeni Dehlinin Cammu və Kəşmirin xüsusi statusunu ləğv edib digər əyalətlərlə bərabərhüquqlu etməsinə cavabdır.