Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətindəki hərbiləşdirilmiş Sərhəd Korpusunun postuna terrorçular tərəfindən edilən hücum nəticəsində ən azı 7 hərbçi həlak olub.
Qaynarinfo-nun məlumatına görə, bu barədə "Sinxua” agentliyi Pakistan Ordusunun mətbuat xidmətinə istinadən xəbər verib.
Qeyd olunub ki, təhlükəsizlik rəsmiləri ilə terrorçular arasında atışma ötən gün axşam (26 dekabr - Red) baş verib. Hərbçilər yaraqlıların hücumunu dəf etməyə müvəffəq olublar. Bundan sonra ərazi mühasirəyə alınıb və qaçan terrorçuları ələ keçirmək üçün əməliyyat başlayıb.