Xəbər lenti

Pakistanda zəlzələdən sonra ada yarandı
Dünya19:10 24.09.2013

Pakistanda zəlzələdən sonra ada yarandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ada dəniz səviyyəsindən 6-12 metr hündürlükdədir


Pakistanda 7,5 bal gücündə zəlzələdən sonra ada meydana gəlib. ANS PRESS-in verdiyi xəbərə görə, çox da böyük olmayan bu ada Pakistanın Belucistan əyalətinin cənub-qərbində yaranıb.

Belucistan hakim dairəsinin məlumatına görə, ada dəniz səviyyəsindən 6 metrdən 12 metr hündürlüyə kimi qalxır. Adanın eni isə 30 metrə yaxındır.

Belucistan Pakistanın ərazisinə görə ən böyük əyalətidir. Əhalisinin sayı isə 8 milyona yaxındır.


Qaynar.info