Dünya 10:44 23.01.2023

Pakistanın bütün ərazisində elektrik enerjisi kəsildi

Bazar ertəsi Pakistanda milli elektrik şəbəkəsində gərginliyin artması nəticəsində elektrik kəsilməsi baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Pakistanın Energetika Nazirliyi "Twitter"də məlumat yayıb.

İlkin olaraq qeyd edilib ki, Milli Şəbəkənin sistem tezliyi bu səhər saat 7:34-də aşağı düşüb və nəticədə elektrik enerjisi geniş miqyaslı şəkildə kəsilib.

Agentliyin məlumatına görə, İslamabad Elektrik Təchizatı Şirkətinin və Pişəvər Elektrik Təchizatı Şirkətinin ayrı-ayrı şəbəkə stansiyalarında elektrik enerjisinin verilişi bərpa edilib və hakimiyyət orqanları elektrik şəbəkəsi stansiyalarının bərpası ilə məşğuldur.

Energetika naziri Xurrum Dastagir də Geo telekanalına bildirib ki, yanacağa qənaət etmək üçün qışda enerji blokları gecələr müvəqqəti olaraq söndürülür.

Alpər