Xəbər lenti

Pakistanın yeni baş naziri seçilib
Dünya15:33 05.06.2013

Pakistanın yeni baş naziri seçilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Pakistan Müsəlman Liqası Partiyasının lideri, sabiq baş nazir Nəvaz Şərif yenidən bu ölkənin baş naziri seçilib.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, 63 yaşlı siyasətçinin namizədliyini 244 millət vəkili dəstəkləyib.

Xatırladaq ki, Pakistan Müsəlman Liqası mayın 11-də keçirilən parlament seçkilərində qalib gəlib. Partiya 342 yerlik parlamentdə 166 yer əldə edib. N. Şərif 1990-1993 və 1997-1999-cu illərdə də baş nazir olub.  

Qaynar.info