Xəbər lenti

Pan Gi Munun Bakı səfəri təxirə düşdü
Siyasət10:37 21.04.2016

Pan Gi Munun Bakı səfəri təxirə düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

BMT baş katibi Pan Gi Munun aprelin sonunda Cənubi Qafqaz regionuna planlaşdırılan səfəri təxirə salınıb.

Bunu BMT-nin ictimaiyyətlə informasiya idarəsinin rəhbəri Armin Halacyan baş katibin mətbuat katibi Stefan Dyujarrikə istinadən bildirib.

“Dyujarrik dedi ki, baş katib regiona səfər etməyi çox istəyirdi, lakin təcili səbəblər üzündən bu günlərdə başqa yerdə olmalıdır. Cənubi Qafqaz respublikalarına səfərin vaxtı yenidən nəzərdən keçiriləcək”, - deyə o vurğulayıb.

BMT-nin Bakıdakı ofisi səfərin təxirə salınması ilə bağlı xəbəri təsdiqləyib. 

Qeyd edək ki, BMT baş katibinin Bakıda Sivilizasiyalar Alyansının 7-ci qlobal forumunda iştirakı planlaşdırılırdı.//APA

Qaynarinfo.az