Vatikanın sabiq Vaşinqton səfiri baş yepiskop Karlo Mariya Viqano Papa Fransisin istefasını tələb edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlara qarşı cinsi zorakılıqda ittiham edilən Kardinal Teodor Makkarrik ötən ay istefa vermişdi. Viqano Papa Fransisin 2013-cü ildən bəri Makkarrikin əməllərindən xəbərdar olduğunu bildirərək Papa Fransisin istefa etməli ilk şəxs olduğunu deyib.
Vatikan rəsmiləri bu tələbə cavab verməyib.
Qeyd edək ki, son aylarda Katolik kilsəsinin yüksək vəzifəli din xadimlərinin törətdiyi cinsi zorakılıq faktlarının üzə çıxması böyük səs-küyə səbəb olub.
Gülşən