
Rio de Janeyronun mәşhur çimәrliyindә toplaşan 3 milyondan çox insana müraciәt edәn papa, gәnc katoliklәrә, başqa ölkәlәri sәyahәt edәrәk inamlarını yaymaları haqda çağırış edib. Kilsәnin gәnclәrin yaradıcılığına vә dinamizminә zәrurәt duyduğunu vurğulayıb.
Papa növbәti Dünya gәnclik gününün 2016-cı ildә Krakovda qeyd edilәcәyini bildirib.
Braziliyalıların, papalıq mövqesinə seçilən vә Argentinada doğulan Papa Fransiskin ziyarəti səbəbindən dünən Cobacabana çimәrliyinә axın edən yüz minlərlə gənc, gecəni soyuq havaolmasına baxmayaraq qumsalda yataraq keçirib. Dünya Gənclər Günü təşkilatçıları və yerli orqanlar, papanı görə bilmək üçün Copacabanada toplananların sayının 3 milyonu ötdüyünü bildiriblәr.
Dini mәrasimdәn sonra yerli din xadimlәri və festival tәşkilatçıları ilә bir araya gələn Papa, bir həftəlik ziyarətini tamamlayaraq Romaya qayıtmaq üçün bu gecə Braziliyadan ayrılacaq.
Qaynar.info