Xəbər lenti

Paracüdoçumuzdan Antalyada uğurlu çıxış
İdman20:05 23.04.2022

Paracüdoçumuzdan Antalyada uğurlu çıxış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paracüdoçumuz Namiq Abaslı Antalya Qran-Prisinin gümüş medalına sahib olub.
Qaynarinfo xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan Namiq Abaslı (J2) finalda gürcüstanlı rəqibi Giorgi Kaldaniyə məğlub olaraq yarışı 2-ci yerdə başa vurub. Digər təmsilçimiz İsmayıl Muradov isə təəssüflər olsun ki, bürünc medal uğrunda görüşdə öz rəqibinə məğlub olub.
Beləliklə bugünkü çıxışlardan sonra millimizin aktivində 1 gümüş medal var.
Aprelin 24-ü Saleh Sultanov (-90 kq,J2), Aysel İmamverdiyeva (-70 kq, J2) və Xatirə İsmiyeva (+70 kq,J1) tatami üzərinə çıxacaqlar.
Səbuhi Həsənov