Xəbər lenti

Paraqvayda prezident seçkilərinin nəticəsi açıqlanıb
Dünya10:11 23.04.2018

Paraqvayda prezident seçkilərinin nəticəsi açıqlanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Amerika ölkəsi Paraqvayda prezident seçkilərinin nəticəsi açıqlanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, iqtidardakı Kolorado Partiyasının üzvü Mario Abdo Benitez səslərin 46,5%-ni toplayıb və seçkilərin qalibi olub. Müxalifətdəki Efrain Alegre isə 42,7%-lə 2-ci yerdə qərarlaşıb. 
Benitez ölkəni 1954-1989-cu illərdə idarə etmiş Alfredo Stroessnerin şəxsi katibinin oğludur.
46 yaşlı yeni prezident vəzifəsinin icrasına 15 avqustda başlayacaq. 
Gülşən