Xəbər lenti

Parlament seçkilərinin vaxtı müəyyənləşdi
Ölkə13:45 02.06.2015

Parlament seçkilərinin vaxtı müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il Azərbaycanda Milli Məclisə (MM) seçkilər keçiriləcək. Qaynar.info "Report" a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin 2-ci bəndinə əsasən, Milli Məclisin hər çağırışının seçkiləri noyabr ayının birinci bazar günü keçirilir.
2015-ci ilin noyabrın ilk bazar günü ayın 1-nə təsadüf edir. Buna görə də MM-ə seçkilərin noyabrın 1-də keçirilməsi gözlənilir.
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən bildirilib ki, rəsmi olaraq Milli Məclisə seçki təyin edildikdən sonra MSK-nın iclası keçiriləcək və müvafiq qərar veriləcək. 
Qaynar.info