Xəbər verdiyimiz kimi "Azadlıq" radiosunun əməkdaşı Maarif Çingizoğlu Milli Məclisdə ciddi xəsarət alıb.
Hadisə Milli Məclisin bu gün keçirilən iclası zamanı baş verib. "Azadlıq" radisonun əməkdaşı Maarif Çingiz oğlu parlamentdə jurnalistlər üçün nəzərdə tutulan otağa qalxarkən baş verib. Belə ki, jurnalist pilləkəni qalxarkən yıxılıb və başı dirəyin tininə dəyib və başı yaralanıb. Başı partlayan və qana bulaşan "Azadlıq" radiosnun əməkdaşı Milli Məclisdəki Tibb məntəqəsinə aparılıb.
hadisə ilə bağlı özünün facebook sosial şəbəkəsindəki statusunda məlumat yayan jurnalist qeyd edib ki, bu hadisəyə görə, əsasən özünü qınayır: "Bir neçə gün əvvəl qanvermə aksiyasından xəbər hazırlayırdım. Həkim dedi ki, gəl sən də qan ver, dedim tələsirəm. Onda qan vermədin, axırı o qan məndən çıxdı. Hadisəyə görə özümü qınayıram, pilləkənləri tələsik qalxanda tavanı nəzərə almadım. Amma sonradan oyrəndim ki, bu sırada mən tək deyiləm, neçə nəfər orda problemlə üzləşib. O səbəbdən həm də parlamentin yeni layihə müəllifini qınayıram. İnsan hər yerdə nəzərə alınmalıdır."