"Azərbaycan dövləti rəsmi olaraq Rusiyaya etirazını bildirməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib. Sədr bildirib ki, tez bir zamanda bu məsələlərə son qoyulmayacağı təqdirsə üçtərəfli bəyannamədən çıxdığını bəyan edərək öz ərazilərindəki terrorçuları təmizləməyə başlamalıdır:
"Hadrutda baş verən hadisələr bizi narahat edir. Bu məsələnin qarşısı qətiyyətlə alınmalıdır. Düşünürəm ki, Rusiya sülhməramlıları öz işlərinin öhdəsindən gəlmirlər. Artıq necə dəfədir ki, erməni terrorçuları Rusiya sülhməramlılarına arxalanaraq Azərbaycanın nizamlı ordusuna basqınlar edir və bizdən şəhid alır. Düzdür, artıqlaması ilə cavablarını alırlar. Bu belə getməməlidir".
Partiya başqanı qeyd edib ki, belə təxribatların qarşısının birdəfəlik alınması üçün ordumuz bir daha hərəkətə keçərək bütün ərazilərimizi erməni quldurlarından təmizləməlidır:
"Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan öz ərasizində özünə qarşı hücumları, seperatçı hərəkətlərə daha dözümlü yanaşası deyil və Rusiya da bu məsələdə qarant rolunda çıxış edirsə, işinin öhdəsindən gəlməlidir. Gələ bilmirsə ya regiondan çıxmalıdır, Azərbaycan ordusuna mane olmamalıdır ya da vəzifəsini icra etməlidir. Düşünürəm ki, bununla bağlı həm diplomatik, həm də hərbi cavab olmalıdır ki, növbəti dəfə belə təxribat olmasın".
Bahar Rüstəmli