
Pakistanın Quetta şəhərində Avami Milli Partiyasının lideri Arbab Abdul Zahir Kasi qaçırılıb.
Qaynar.info xəbər verir ki, bu barədə Pakistanın "Dawn" qəzeti xəbər yayıb.
Qəzetin yazdığına görə, partiya sədri 3 naməlum şəxslər tərəfindən qaçırılıb. Onun avtomobilinin qarşısının kəsildiyi və daha sonra qaçırıldığı bildirilib.
Polis partiya sədrinin sürücüsünü dindirib. Sürücünün sözlərinə görə, naməlum şəxslər Kasinin qaçırdıqdan sonra onu da vuraraq maşının açarını və telefonunu götürərək hadisə yerindən uzaqlaşıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qaynar.info