Donald Tramp kabinetinin bəzi üzvləri onu vəzifədən uzaqlaşdırmaq üçün konstitusiyaya 25-ci düzəlişdən istifadə edilməsinin mümkünlüyünü müzakirə etməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu haqda CBS News-un məlumatında bildirilib. Ağ Ev sosial mediada bloklanmış və bugünkü qarışıqlığa görə Konqresdə məzəmmət edilən Trampın planları barədə heç bir açıqlama verməyib.
Prezidentin cümə axşamı iş qrafiki əvəzinə Ağ Ev son günlərin adi rəsmi cavabını göndərib: "Prezident Tramp səhər tezdən gecəyarısına qədər işləyəcək, o, çoxlu zənglər edəcək və çoxlu görüş keçirəcək".
"Instagram" və "Facebook" Trampın hesabını 24 saat dondurub.
CNN xəbər verir ki, getdikcə Respublikaçılar partiyasının daha çox lideri Prezident Trampın ya 25-ci düzəlişlə ya da impiçment yolu ilə 20 yanvar tarixinə qədər vəzifəsindən uzaqlaşdırılmalı olduğunu ən doğru yol hesab edir.
Alpər