Xəbər lenti

Partiyalar referendumla bağlı nə iş görürlər? - Açıqlamalar
Siyasət11:52 30.08.2016

Partiyalar referendumla bağlı nə iş görürlər? - Açıqlamalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda referendumun keçirilməsinə bir aydan da az müddət qalsa da, müxalifətəm deyən əksər partiyaların ciddi hazılığı hiss olunmur. 

Qaynarinfo.Az bununla bağlı bəzi partiyaların rəhbərlərindən açıqlama alıb. “Referendumla bağlı partiyanız hansı iş görür?” sulanı cavablar aşağıdakı kimi olub.

Sülhəddin Əkbər (Azad Demokratlar Partiyasının sədri): “İndi Azərbaycanda elə bir ictimai-siyasi passivlik dövrüdür ki, hər hansı başqa addımlardan söhbət etmək mümkün deyil. Bizim partiya yeni yaradılıb, dövlət qeydiyyatı yoxdur. Bu dəyişiklikləri ölkədə konstitusiyalı monarxiyaya yaradılması istiqamətində atılan bir addım kimi qiymətləndiririk.  Amma partiyamız ümumiyyətlə, referendumda iştirak etməyəcək.  Səsvermədə iştirak edib-etməməyin isə heç bir mənası yoxdur, çünki hakimiyyət özü istədiyi nəticəni elan edəcək”. 

Fazil Mustafa (Böyük Quruluş Partiyasının sədri): “Biz partiya olaraq heç bir təşəbbüs qrupu yaratmamışıq. Amma üzvlərimiz bu prosesdə aktiv iştirak edi, səsvermədə də iştirak edəcəyik. Dairə və məntəqələrdə üzvlərimiz fəaliyyət göstərirlər. Demək olar ki, partiyanın bütün strukturları bu işə cəlb olunublar. Amma ayrıca təşəbbüs qrupu yaratmaq imkanımız olmayıb”.  F.Mustafa deyib ki, referendumda qəbul olunacaq dəyişikləri bir neçə istisna olamaqla, ümumən qəbul edirlər: “Biz ümid edirik ki, bu dəyişiklər ölkədə müsbət dəyişikliklərə səbəb olacaq”. 

Əli Əliyev (Vətəndaş və İnkişaf Partiyasının sədri): “Bizim partiyanın əvvəlcədən heç bir təşəbbüs qrupu yaradılmaması barədə qərarı var idi. Çünki düşünürdük ki, hökumət bu referendumda sakitlik istəyir. Çəkilmiş zəhmət havayı olacaq. Müsavat partiyasının təcrübəsi bizim haqlı olduğumuzu sübut etdi.  Qanun çərçivəsində addımların atılması da indi mümkünsüzdür. Ancaq müxalifətdaxili birlik məsələləri haqda düşünmək mümkündür. Ondan sonra ümumilli maraqlara ziyan vuran bu referenduma müxalifət mövqeyini müəyyənləşdirmək olar. Başqa heç nə etmək mümkün deyil”.

Ə.Əliyev deyib ki, partiya üzvlərinə səsvermədə iştirakla bağlı sərbəstlik verilib:“Onsuz da hakimiyyət istədiyi nəticəni qəbul etdirəcək. Bizim orda iştirak edib etməməyimizin elə bir əhəmiyyəti yoxdur”.

Sərdar Cəlaloğlu (Azərbaycan Demokrat Partiyasının sədri): “Azərbaycan demokrat Partiyası olaraq referendumla bağlı hər hansı bir addım atmayacağıq. Nə səsvermədə iştirak etməyəcəyik, nə də onun nəticələrini qəbul etməyəcəyik”.


Qızılgül

Qaynarinfo.Az