Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianı qəbul edib.
Qaynarinfo xəbər verir ki, məlumatı "Tasnim" agentliyi
yayıb.
Təntənəli qarşılama mərasimi Baqramyan 26-da yerləşən hökumət iqamətgahının həyətində keçirilib.
İran nümayəndə heyətinin Ermənistandakı görüşlərinin gündəliyinə ikitərəfli münasibətlərin müzakirəsi, eləcə də regional təhlükəsizlik məsələləri və Cənubi Qafqazla Yaxın Şərqdəki vəziyyət daxildir.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirmişdi ki, İran prezidentinin İrəvana səfərinin əsas məqsədi Tehranın Cənubi Qafqazda hər hansı sərhəd dəyişikliklərinin yolverilməzliyi ilə bağlı mövqeyini təsdiqləməkdir. O qeyd edib ki, İran Azərbaycanın Naxçıvanla Ermənistan ərazisindən keçməklə birləşdirilməsini nəzərdə tutan "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) layihəsindən narahatdır. Əraqçi vurğulayıb ki, TRIPP layihəsinin həyata keçirilməsi çərçivəsində İran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə, onların yerdəyişməsinə və ya region ölkələrinin suverenliyinin sarsıdılmasına imkan verməyəcək.
Xatırladaq ki, Pezeşkian 18 avqustda ilk rəsmi səfərlə Ermənistana gəlib. O, ərəfədə İrəvandakı şiə Göy məscidini ziyarət edərək namaz qılıb, həmçinin erməni iranşünaslarla görüşüb.
Alpər
Şərhlər