Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı "ərazilərin bir hissəsinin itirilməsində” əsas məsuliyyət daşıdığını bildirib.
Qaynarinfo xəbər verir ki, bu haqda TASS-ın məlumatında deyilir.
"Əlbəttə, başa düşürəm ki, hazırkı vəziyyətə görə əsas məsuliyyət mənim üzərimə düşür", - Paşinyan deyib.
Bundan əvvəl Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri 10 noyabrdan etibarən Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul edib. Rus hərbçiləri sülhməramlı missiya ilə bölgəyə göndərilib.
Razılaşmaya əsasən, Ağdam bölgəsi 20 noyabr tarixinədək Azərbaycanın nəzarəti altına qaytarılacaq. 15 noyabradək Ermənistan Kəlbəcər bölgəsini, 1 dekabr tarixinə qədər Laçın rayonunu köçürməlidir. Kəlbəcərə görə, müdddət noyabrın 25-dək uzadılıb.
Bəzi Ermənistan vətəndaşları müqavilənin imzalanmasını kapitulyasiya aktı kimi qəbul edib və bununla əlaqədar olaraq İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyaları başlayıb.
Alpər