"Ermənistanın Baş naziri o sözləri xoş niyyətlə deməyib".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Ermənistan Baş naziri Nikol Paşinyanın Təhlükəsizlik Şurasının iclasında Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılması ilə bağlı fikirlərinə aydınlıq gətirərkən deyib. Sabiq nazir bildirib ki, Ermənistan siyasi kursunu dəyişməlidir:
"Bu zərbənin nəticəsidir. Onlar yenə də zərbə almaq istəmirlərsə, öz siyasətlərini dəyişdirməlidirlər. Azərbaycana, Türkiyəyə qarşı ümumiyyətlə, regionda yeni siyasi xətt müəyyənləşdirməlidirlər. Onlar yeni siyasət formalaşdırmasalar, öz işğalçı planlarından əl çəkməsələr, Ermənistanın gələcəyi yoxdur".
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmağın lazım olduğunu vurğulayıb.
Bahar Rüstəmli