Ermənistan Mərkəzi Seçki Komissiyası növbəti parlament seçkilərində bülletenlərin hesablanmasını başa çatdırıb.
Qaynarinfo Ermənistan MSK-nın açıqlamasına istinadən xəbər verir ki, bütün 2005 seçki məntəqəsinin nəticələri hesablanıb. Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası bülletenlərin 100 %-i sayıldıqdan sonra 49,81 % səs toplayıb.
Səslər aşağıdakı kimi bölüşdürülüb:
"Vətəndaş müqaviləsi” partiyası — 727 160 səs, 49,81%;
"Güclü Ermənistan” partiyalar bloku — 340 062 səs, 23,29%;
"Ermənistan” partiyalar bloku — 145 097 səs, 9,94%;
"Çiçəklənən Ermənistan” partiyası — 58 368 səs, 4,00%;
"Birlik qanadları” partiyası — 33 618 səs, 2,30%.
Seçkilərin nəticələrinə görə, yeni parlamentdə 105 deputat olacaq. Parlamentdə 4 siyasi qüvvə təmsil olunacaq.
Mandatlar belə bölüşdürüləcək:
"Vətəndaş müqaviləsi” — 61 mandat;
"Güclü Ermənistan” bloku — 28 mandat;
"Ermənistan” bloku — 11 mandat;
"Çiçəklənən Ermənistan” partiyası — 5 mandat.
"Çiçəklənən Ermənistan” partiyası son mərhələdə 4 faizlik həddi keçərək parlamentə düşüb.
Dörd ən böyük milli azlıq üçün nəzərdə tutulan 4 mandatdan üçü "Vətəndaş müqaviləsi”nə, biri isə "Güclü Ermənistan” blokuna verilib.
09:00
Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 90% faizi sayılıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, Baş nazir Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası səslərin 50,25 faizini qazanıb.
İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyalar bloku 23,31% səs toplayıb. Keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,78% səslə üçüncü yerdə qərarlaşıb. Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 4,2% səs toplayıb.
Beləliklə, müxalifət hazırda səslərin ümumi sayının 36,88%-nə malikdir. Ölkədə 2005 seçki məntəqəsindən 1199-da səslər sayılıb.
Qeyd edək ki, partiyalar üçün limit 4%, bloklar üçün isə 8% təşkil edir.
Şərhlər