Ermənistanda keçirilən parlament seçkilərinin qalibi olan Baş nazir Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasının yeni parlament üçün əldə etdiyi mandat sayı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, Paşinyanın partiyası parlamentdə 71 deputatla təmsil olunacaq. Keçmiş prezident Robert Koçaryanın başçılıq etdiyi "Ermənistan” bloku 29 mandat qazanıb.
Qeyd edək ki, bu gün Ermənistan MSK növbədənkənar parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. Yekun nəticəyə əsasən, Vətəndaş Müqaviləsi Partiyası 53.91, "Ermənistan” bloku 21.9 faiz, "Mənim şərəfim var” bloku 5.22 faiz səs toplayıb.