Xəbər lenti

Patrik Hikki həbsdən çıxarıldı
İdman09:42 30.08.2016

Patrik Hikki həbsdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rio-de-Janeyro məhkəməsi Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkini həbsdən azad edib.

Qaynarinfo.Az BBC-yə istinadən xəbər verir ki, onun səhhətində problemlər olduğu üçün barəsində ev dustaqlığına qərar verilib.

Məhkəmə qərara gəlib ki, Hikki həbxsanadan kənarda cəmiyyətə zərər vurmayacaq və onun işi ilə bağlı istintaqın gedişatına təsir edə bilməyəcək.

Xatırladaq ki, Patrik Hikki İrlandiya Milli Olimpiya Komitəsinin digər üzvləri ilə birgə Rio Olimpiadasında qanunsuz bilet satışı ilə məşğul olmaqda ittiham olunduğu üçün avqustun 17-də həbs edilmişdi.

Qaynarinfo.Az