Xəbər lenti

Paytaxt təmsilçilərinin "duel" günü
İdman05:47 20.11.2021

Paytaxt təmsilçilərinin "duel" günü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında XI tur davam edir.
 
Qaynarinfo xəbər verir ki, bu gün daha ik matç baş tutacaq. Günün ilk qarşılaşmasında "Zirə" "Səbail"i qəbul edəcək.
Komandalar Premyer Liqada 16 oyunda üz-üzə gəliblər. Bunların 9-da "qartallar", 3-də "dənizçilər" qələbə qazanıb. Top fərqi "Zirə"nin xeyrinədir - 21:9. Son iki oyunda "Zirə” iki qolla üç xal qazanıb. "Səbail” 7 matçdır qalib gələ bilmir.
Günün digər görüşündə "Neftçi" "Sabah"ı qəbul edəcək. Paytaxt klubları buna qədər 12 oyunda üz-üzə gəlib. Matçların 10-da "ağ-qaralar" qələbə qazanıb, digər ikisində heç-heçə qeydə alınıb. "Sabah" indiyədək rəqibini yenə bilməyib. Topların nisbəti isə "Neftçi"nin xeyrinə 25:6-dır.
Azərbaycan Premyer Liqası
XI tur
20 noyabr (şənbə)
16:00. "Zirə” – "Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu,
18:15. "Neftçi” – "Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bakcell Arena”
Noyabrın 21-də "Qəbələ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq turun dünən keçirilən ilk qarşılaşmasında aşağıdakı nəticə qeydə alınıb.
"Qarabağ" - "Keşlə" 1:0
 
Səbuhi Həsənov