Xəbər lenti

Paytaxtımızda yeni avtomobil yolu istifadəyə veriləcək
Ekonomiks05:25 06.03.2014

Paytaxtımızda yeni avtomobil yolu istifadəyə veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yeni avtomobil yolu tikilir

Layihə üzrə tikinti işlərinin bu il tamamlanması planlaşdırılır

Bakı şəhərinin Nobel prospektinə paralel olan dənizkənarı ərazidə 8 hərəkət zolaqlı yeni avtomobil yolunun inşası davam etdirilir.

Avtomobil yolunun tikintisini həyata keçirən “Azvirt” MMC-dən bildiriblər ki, layihədə yol qovşaqlarının, mühəndis qurğularının və yeraltı piyada keçidlərinin tikintisi də nəzərdə tutulub.

Yolun ümumi uzunluğu 2 kilometr, hərəkət zolağının eni isə 3,75 metr təşkil edəcək. Burada həmçinin 4 piyada keçidi də inşa olunacaq.

Layihə üzrə tikinti işlərinin bu il tamamlanması planlaşdırılır.

Qaynar.info