Yasamal rayonunun İ.Qutqaşınlı küçəsində və A.Abbasov küçəsi ilə Z.Xəlilov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi məqsədilə 06.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaynarinfo xəbər verir ki, bununla bağlı "Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə İ.Qutqaşınlı, K.Kazımzadə, Ə.Ələkbərov, M.Rəhim və Z. Xəlilov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Şərhlər