Çin tərəfi Amerika mütəxəssislərinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti ilə birlikdə koronavirusun araşdırılmasına başlamağa icazə verib.
Qaynarinfo xəbər verir ki, bu haqda ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Departamentinin nümayəndəsi "The Hill” qəzetinə bildirib. O, bir qrup ABŞ mütəxəssisinin bu həftə Çinə gələcəyini deyib.
Göstərildiyi kimi, fevralın 3-də Cenevrədə ÜST Amerika nümayəndələrinin daxil olduğu mütəxəssislərin tam siyahısını Çinə təqdim edib. Milli siyahıya konkret kimin daxil olduğu bilinmir. Bununla yanaşı, Çin hakimiyyəti daha əvvəl ABŞ-ın koronavirusla mübarizədə kömək təkliflərini rədd edərək, Vaşinqtonun xəstəliyin yayılmasının qarşısını almaq üçün son zamanlarda Çinə səfər etmiş xarici vətəndaşların demək olar ki, bütün kateqoriyalarına ölkəyə girişini yasaqlamaq qərarını tənqid etmişdi.
Alpər