Xəbər lenti

Pekində 14 Fələstin qruplaşması “parçalanmaya son qoyacaq” bəyannamə imzaladı
Dünya 12:42 23.07.2024

Pekində 14 Fələstin qruplaşması “parçalanmaya son qoyacaq” bəyannamə imzaladı

HƏMAS və FƏTH də daxil olmaqla 14 Fələstin qruplaşmasının nümayəndələri Pekində danışıqlar aparıb və "parçalanmaya son qoyulması və Fələstin birliyinin möhkəmləndirilməsi”nə dair bəyannamə imzalayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN Çinin dövlət CCTV telekanalına istinadən məlumat yayıb.

Danışıqlar iyulun 21-dən davam edib. HƏMAS nümayəndə heyətinə qruplaşmasının Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk, FƏTH heyətinə isə partiyanın mərkəzi komitəsinin sədr müavini Mahmud əl-Alul başçılıq edib.

Qruplaşmaların nümayəndələri Çinin xarici işlər naziri Van İnin iştirakı ilə birgə mətbuat konfransı da keçiriblər.

"Müharibə bitdikdən sonra Qəzzanın necə idarə ediləcəyi və müvəqqəti milli barışıq hökumətinin yaradılması ilə bağlı razılıq əldə olunub”, - Van İ bildirib. Çinin xarici işlər naziri həmçinin qeyd edib ki, "bütün Fələstin xalqının yeganə qanuni nümayəndəsi” Fələstin Azadlıq Təşkilatıdır. Çinli nazirin şərhlərindən Fələstin Azadlıq Təşkilatına daxil olmayan HƏMAS-ın müharibədən sonrakı Qəzzada hansı rolu oynayacağı qeyri-müəyyən olaraq qalır.
 
Xatırladaq ki, HƏMAS və FƏTH üzvləri artıq aprel ayında Pekində bir araya gəlib və illərdir davam edən düşmənçiliyə son qoymaq üçün danışıqlar aparıblar. Fevralın sonunda Moskvada bir neçə fələstinli qruplaşmasının növbəti görüşü baş tutub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->