Xəbər lenti

Pele əməliyyatdan sonra səhhəti ilə bağlı danışdı
İdman11:33 09.09.2021

Pele əməliyyatdan sonra səhhəti ilə bağlı danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gün əvvəl əməliyyat olunan əfsanəvi braziliyalı futbolçu Pele səhhəti ilə bağlı ilk dəfə danışıb.
Qaynarinfo xəbər verir ki, 80 yaşlı veteran futbolçu bu haqda şəxsi instaqram səhifəsində paylaşım edib. O, oğlunu xərçəng xəstəliyindən itirən braziliyalı müğənni Roberto Karlosa da başsağlığı verməklə mənəvi dəstəyini göstərib: "Mən yaxşıyam, artıq sağalıram. Ancaq indi bütün sevgimi və dualarımı dostum Roberto Karlosa çatdırmaq istəyirəm. Tanrıdan ürəyinizə təsəlli verməsini diləyirəm”.
Pele sentyabrın 6-da yoğun bağırsağında yaranmış şişin aradan qaldırılması üçün əməliyyat olunub.
Səbuhi Həsənov