Əfsanəvi braziliyalı futbolçu Pele növbəti dəfə sağlıq durumu haqda açıqlama verib.
Qaynarinfo xəbər verir ki, məşhur futbolçu şəxsi instaqram səhifəsində paylaşım edib.
"Futbol kralı" açıqlamasında bu sözləri yazıb: "Dostlarım, hər keçən gün özümü daha yaxşı hiss edirəm. Yenidən oynamaq imkanını səbirsiliklə gözləyirəm. Ancaq bərpa olunmaq üçün bir neçə gün dincələcəm. Bu müddətdə ailəmlə daha çox birlikdə olacam, istirahət edəcəm. Sevgi mesajlarınıza görə sizlərə təşəkkür edirəm. Tezliklə birlikdə olacağıq".
Dünyaca məşhur futbolçu sentyabrın 6-da yoğun bağırsağında yaranmış şişdən cərrahi əməliyyat olunmuşdu.
Səbuhi Həsənov