Xəbər lenti

Pensiya artımı necə hesablanır?
Ölkə10:31 22.02.2022

Pensiya artımı necə hesablanır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətəndaşın pensiya artımı pensiya məbləğinin 3,4 faizi qədər hesablanır.
Qaynarinfo Trend-ə istinadən bildirir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib.
O qeyd edib ki, pensiya artımının hesablanmasında qulluq əlavəsi alanlar istisna olunur.
"Qulluq əlavəsi alanlar dedikdə, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, prokurorlar, millət vəkilləri və s. nəzərdə tutulur. Bu şəxslər istisna olmaqla, digər şəxslər pensiya artımını pensiyasının məbləğinin 3,4 faizi qədər hesablaya bilərlər. Məsələn hər 100 manata 3 manat 40 qəpik olaraq hesablanır", - deyə o əlavə edib.