Xəbər lenti

Pensiyaçı və müavinət alanların sayı açıqlandı
Ölkə08:11 30.01.2021

Pensiyaçı və müavinət alanların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İlkin məlumatlara əsasən 2021-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1 milyon 232,2 min nəfər olmaqla ölkə əhalisinin 12,3 faizini təşkil edib.
Qaynarinfo-nun məlumatına görə, həmin dövrə 412,0 min nəfər sosial müavinət, 289,0 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2020-ci il ərzində birdəfəlik müavinət alanların sayı 91,0 min nəfər olub.
Həmçinin 2021-ci ilin əvvəlinə 77,3 min aztəminatlı ailənin 324,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 57,1 manat təşkil edib.