Xəbər lenti

Pensiyaçıların nəzərinə: Dəyişikliklər olacaq
Ölkə10:01 24.01.2017

Pensiyaçıların nəzərinə: Dəyişikliklər olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq".

Qaynarinfo.Az Report-a istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslərə onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür: "Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Artıq baza hissəsi deyilən anlayış aradan qalxacaq. Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur".

Qaynarinfo.Az