Xəbər lenti

Pensiyanın baza hissəsi artırılacaq
Ölkə08:13 16.04.2013

Pensiyanın baza hissəsi artırılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaxın bir neçə ay ərzində əmək pensiyalarının baza hissəsinin 15-20 faiz artırılması üçün zəruri maliyyə bazasını formalaşdıracaq. 

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə DSMF-nin sədri Səlim Müslümov deyib.

"Yaxın vaxtlarda maliyyə resursları formalaşdırılacaq, biz bunun hesabına pensiyaların baza hissəsinin artırılmasını həyata keçirə bilərik. Bu istiqamətdə işlər dövlət başçısının pensiya müavinətlərinin artırılmasına dair tapşırıqlarına uyğun aparılır", - Müslümov bildirib.

Hazırda Azərbaycanda əmək pensiyasının baza hissəsi 85 manatdır. 

Qaynar.info