Federal Təhqiqatlar Bürosunun əməkdaşları bu gün, aprelin 13-də ABŞ-ın məxfi sənədlərini yaymaqda şübhəli bilinən şəxsi həbs ediblər.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə məsələ ilə tanış olan amerikalı məmur
The New York Times-a bildirib.
"Amerikanın Səsi”nin jurnalisti Ceff Seldin Twitter-də yazdığına görə, Pentaqon sənədlərin məqsədli şəkildə internetdə yerləşdirildiyinə əmindir.
"Biz üzvlərimizə çox erkən yaşda böyük məsuliyyəti həvalə edirik. Onlar öyrədilir, onlardan qayda və normalara əməl etmələri gözlənilir", - deyə Pentaqona belə bir gəncin informasiyaya necə çıxış əldə edə biləcəyi sualına Seldin cavab verib.
ABŞ-ın baş prokuroru Merrik Qarland şübhəli Cek Teyşeyrin "indisəsiz” həbs edildiyini və aprelin 13-də Massaçusets federal dairə məhkəməsində mühakimə olunacağını təsdiqləyib.
Xatırladaq ki, keçən həftə mətbuatda Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına hazırlığı ilə bağlı Pentaqonun məxfi qrifli sənədlərinin "sızması” barədə məlumat yayılıb. Bununla bağlı Pentaqon məxfi məlumatlara çıxışı olan insanların sayını bir neçə dəfə azaldıb.
The New York Times-ın məlumatına görə, Massaçusets Hava Milli Qvardiyasının 21 yaşlı kəşfiyyat zabiti Cek Teyşeyr məlumatların göründüyü onlayn Discord qrupunun inzibatçısıdır.
Ukrayna Müdafiə Nazirliyi əmin edib ki, bu sənədlər artıq aktual deyil və qismən yalan məlumatlar var.
Alpər