Xəbər lenti

Pərviz Həşimli aclığa başladı
Ölkə11:34 25.11.2013

Pərviz Həşimli aclığa başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli noyabrın 25-də aclıq aksiyasına başlayıb. 

Bunu “Turan”a vəkil Elçin Sadıqov deyib.

Vəkilin sözlərinə görə, jurnalist aclığa ailəsi ilə görüşə icazə verilməsi, insan həyatına təhlükəli olmayan və insan ləyaqətini alçaltmayan şəraitdə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına köçürülməsi və müdafiə hüququnun həyata keçirilməsinə şəraitin yaradılması, dövlət orqanlarına və məhkəmələrə özünün yazdığı şikayətlərinin göndərilməsi tələbi ilə başlayıb.

Vəkil Həşimlinin səhhətinin çox pis olduğunu deyib.

MTN-in ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib ki, Pərviz Həşimlinin aclığa başlaması ilə bağlı məlumat yoxdur.

Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara odlu silahın və döyüş sursatının qaçaqmalçılığı, odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma ittihamları ilə cinayət işinə başlayıb.

Qaynar.info