Nigeriyada Peşəkar Futbol Liqasında çıxış edən 48 futbolçunun yaşının saxtalaşdırıldığı üzə çıxıb.
Qaynarinfo Afrika mətbuatına istinadən xəbər verir ki, bu, Transfer Uyğunlaşdırma Sistemində aparılan əlavə yoxlamalardan sonra üzə çıxıb. Həmin futbolçuların beynəlxalq pasportlarında göstərilən yaşlara baxmayaraq, araşdırmalar fərqli sənədləri ortaya çıxarıb. Yaşının saxtalaşdırıldığı müəyyənləşən futbolçular evlərinə göndərilib.
Hesabatda həmçinin Nigeriya çempionatında çıxış edən 68 peşəkar futbolçudan yalnız 20-nin yoxlamalardan keçdiyi bildirilib.
Gələn ay Nigeriyada keçirilməsi planlaşdırılan "WAFU B CAF U-20 AFCON"un B qrupunda Nigeriya yığması Qana və Burkino Faso ilə qarşılamalıdır. Bu səbəbdən Nigeriyada 20 yaşa qədər futbolçuların yığmaya seçilməsi prosesinə ötən həftədən etibarən start verilib.
Səbuhi Həsənov