Xəbər lenti

Peşəkar güləşçi Rəşad Suriyaya cihada getdi
Ölkə07:19 25.08.2014

Peşəkar güləşçi Rəşad Suriyaya cihada getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsmayıllı rayonundan olan 5 mücahid Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedib.

Ans press-in məlumatına görə, bu barədə azvision.az-a rayon sakinləri məlumat veriblər. Bildirilir ki, 3 sələfi mücahid həyat yoldaşı və uşaqları ilə birlikdə Suriyadakı döyüşlərdə iştirak etmək üçün gediblər.

Suriyaya cihada gedən Rəşad adlı mücahidin dəfələrə respublika çempionatlarında yüksək nəticələr əldə etmiş peşəkar güləşçi olduğu deyilir.

Sakinlərin sözlərinə görə, onların Suriyaya getmələrindən ailələri sonradan xəbər tutublar.

Mövzuya qayıdacağəq.

Onu da qeyd edək ki, belə hallar əvvəllər də olub.

Qaynar.info