
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan və Türkiyədəki həmkarları ilə daim təmasda olduğunu bildirib.
Qaynarinfo-nun məlumatına görə, o, Vladimir Putinin planlarına hələ ki, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə danışıqları daxil etmədiyini qeyd edib: "Söhbət müharibədən gedirsə, bir şey təxmin etmək çətindir”.
Xatırladaq ki, Putin bir həftə ərzində Ermənistanın baş naziri Nikol Paşinyanla üç danışıq aparıb. "Danışıqlar məqsədəuyğunluqdan və iş qrafikindən asılıdır”, - Peskov əmin edib. Türkiyə və Azərbaycan liderləri ilə danışıqlara gəlincə, hər şey Dağlıq Qarabağdakı vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq.
Alpər