Dünya 16:44 28.12.2023

“Peskovun bu bəyanatı o anlama gəlir ki...” - Ekspert

"Bu açıqlama o anlama gəlmir ki, tezliklə sülh müqaviləsi imzalanacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun Bakı və İrəvanın sülh müqaviləsini yekunlaşdırmaq yolunda irəlilədiyi barədə səsləndirdiyi fikri şərh edərkən deyib.

M.Əliyev bildirib ki, Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmaq istiqamətində addımlar atır:

”Amma bu heç də o demək deyil ki, yaxın günlərdə sülh müqaviləsi imzalanacaq. Bunun baş verməsi üçün Ermənistan tərəfinin ciddi addım atması lazımdır. Biz belə bir addımın atılacağı niyyətini müşahidə etmirik. Ermənistan siyasi məkanında güclü fikir ayrılığı hökm sürür. Bu ölkədə gələn ilin əvvəlindən vəziyyətin gərginləşəcəyi gözlənilir”. 
 

Z.Əlizadə bildirib ki, Qarabağ separatçılarının Ermənistan ərazisində yenidən qondarma qurumu bərpa etmələri, "dövlət institutlarının” bərpa cəhdləri ona işarə edir ki, İrəvan sülhün imzalanmasında hələlik maraqlı deyil:

”Ermənistan hökuməti bu qanunsuz rejimin fəaliyyətini dayandırmalıdır. Bunu  etmirsə, deməli prosesin bu cür gedişinə İrəvan da şərikdir”. 

Politoloq bildirib ki, İrəvan bütün yollardan istifadə etməklə, sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışır:

”İrəvanın hazırkı strategiyası bundan ibarətdir”. 

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistanın sülh müqaviləsinin imzalanması istiqamətində fəal şəkildə irəlilədiyini deyib. 

Onun sözlərinə görə, Kreml bunun yaxın gələcəkdə baş verəcəyinə ümid edir. Peskov  əlavə edib ki, Kreml sülh müqaviləsi bağlamaq üçün Bakı və İrəvanın siyasi iradəsini görür. 

Rüfət Sultan