Xəbər lenti

Peterburqda azərbaycanlıları daşa basdılar
Dünya05:10 21.10.2013

Peterburqda azərbaycanlıları daşa basdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın şimal paytaxtında millətçilər yürüş keçiriblər.

Bazar günü axşam Rusiyanın Sankt-Peterburq şəhərində  "Apraksin dvor” ticarət mərkəzini daşa basmış və həmin əraziyə tüstü şaşkaları atmış 15-20 nəfər yeniyetmə saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Rusiya DİN nümayəndələrinə istinadən RİA Novosti agentliyi yayıb. "İlkin məlumatlara görə, təxminən 16 yeniyetmə "Apraksin dvor”un vitrinlərinə daş və tüstü şaşkaları atdıqdan sonra saxlanılaraq, polis şöbəsinə gətiriliblər və hazırda orada araşdırma aparılır” – deyə, agentliyin müsahibi bildirib.

Bundan başqa, bazar günü Peterburqda Mars meydanında millətçilərin hökumətlə razılaşdırılmış aksiyası keçirilib. Hələ tədbir başa çatmamış yüzə yaxın gənc "hayd-parkı” tərk edərək, icazəsiz yürüş təşkil ediblər.

Qeyd edək ki, "Apraksin dvor” ticarət mərkəzində pavilyonların əksəriyyəti azərbaycanlılara məxsusdur.

Qaynar.info