Xəbər lenti

Peyğəmbəri təhqir edən karikaturaçı öldü
Dünya06:13 06.05.2016

Peyğəmbəri təhqir edən karikaturaçı öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransanın “Charlie Hebdo” satirik jurnalının sabiq karikaturaçısı Moris Sine dünyasını dəyişib.

Qayanrinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Karikaturaçı 87 yaşında, keçirdiyi 5-ci əməliyyatdan sonra xəstəxanada vəfat edib

Qeyd edək ki, radikal mövqeyi ilə tanınan karikaturaçı bu sahəyə 1952-ci ildə gəlib, son illərdə “Charlie Hebdo” ilə əməkdaşlıq edib.

Həftəlik nəşr olunan “Charlie Hebdo” Məhəmməd peyğəmbərin karikaturası əks olunmuş sayının çapından sonra məşhurlaşıb.

Belə ki, 2015-ci ilin yanvarında Məhəmməd peyğəmbərin karikaturasının üz qabığında çapından sonra jurnalın Parisdəki ofisinə 2 silahlı şəxs hücum edib. Hücum nəticəsində baş redaktor Stefan Şarbonye də daxil olmaqla, 12 nəfər ölüb

Hücuma görə məsuliyyəti "Əl Qaidə" terror təşkilatının Yəmən qolunun lideri Nasser ben Ali al Ansi öz üzərinə götürüb.

 Qaynarinfo.az