Türkiyənin Mardin vilayətinin Nusaybin mahalında təhlükəsizlik qüvvələrinin apardığı əməliyyat zamanı yerə basdırılmış 3 PKK terrorçusunun cəsədi tapılıb.
Axar.az xəbər verir ki, Yenişəhir məhəlləsində parçaya bükülü şəkildə aşkar edilən cəsədlər Nusaybin Dövlət Xəstəxanasına göndərilib.
Məlumata görə, mayın 31-də sözügedən məhəllədə daha 2 belə cəsəd tapılmışdı.
Qeyd edək ki, Nusaybin mahalında martın 14-dən bəri “Atmaca-7” adı altında başladılan əməliyyatlar hələ də davam edir.
Qaynarinfo.az