PKK terror təşkilatının rəhbərlərindən biri, "Bahoz Ərdal" ləqəbli Fəhman Hüseyn Suriyada öldürülüb. Qaynarinfo.az xəbər verir ki, bu barədə Suriya rejiminə qarşı savaşan Tel Hamis birləşməsinin sözçüsü Xalid əl Hasekavi məlumat verib.
O, bildirib ki, "Bahoz Ərdal" kod adlı Fəhman Hüseyn avtomobili partladılaraq öldürülüb. Terrorçu Himo bölgəsindən Kaşımlıya gedərkən hədəfə alınıb.
Qaynarinfo.az