Türkiyənin məşhur Anadolu Agentliyinin jurnalistləri oğurlanıblar. “Qafqazinfo” xəbər verir ki, Türkiyənin Mardin vilayətinin Nusaybin şəhərində PKK terror təşkilatının döyüşçüləri agentliyin 3 əməkdaşını tutublar.
Jurnalistlərin kamera və fotoaparatları da onlardan alınıb. Hal-hazırda media nümayəndələrinin harada saxlanıldığı haqda heç bir məlumat yoxdur.
* * *
Qaynar.info xəbər verir ki, artıq jurnalistlər sərbəst buraxılıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Nusaybində cümə günü PKK tərəfindən qaçırılan müxbir Rauf Maltaş, kameraman Kenan Yeşilyurt və fotoqraf Onur Çoban bu gün günorta saatlarında sərbəst buraxılıb. PKK onları HDP-dən (Xalqların Demokratik Partiyası) millət vəkili seçilən Ali Atalan, HDP-nin şəhər təşkilatının rəhbəri Ferhat Kut və onlarla olay yerinə yollanan heyətə təslim edilib.
Terrorçular jurnalistlərin fotoaparat və kameralarını verməyib. PKK-nın azad etdiyi jurnalistlər ifadə vermək üçün Nusaybin Polis İdarəsinə aparılıb.
Qaynar.info