Terrorçu Kürd Fəhlə Partiyası (PKK) yaraqlılarının Türkiyədən çıxma prosesi bu il sentyabrın birində yekunlaşacaq. Bu barədə "Sabah" qəzeti xəbər yayıb.
Çıxma prosesinin başladığı 45 gün ərzində PKK yaraqlıları Hakkari, Şırnaq, Van, Mardin, Siirt, Muş, Bitlis və Bingöl vilayətlərini tamamilə tərk ediblər.
Türkiyənin Qara dəniz regionunda yerləşən vilayətləri, o cümlədən Tokat və Sivas vilayətlərində olan yaraqlıların son qrupu isə artıq Türkiyə ərazisindən çıxma prosesinə başlayıb.
Qeyd edək ki, PKK yaraqlıları mayın 8-dən etibarən Türkiyə ərazisini tərk etməyə başlayıblar. // Trend